19/07/2022

"Sumqayıt" FK Rifat Nurmuqameti heyətinə qatıb


"Sumqayıt" FK Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti futbolçunun keçidini realaşdırıb. Belə ki, son olaraq Qazaxıstanın "Maktaaral" klubunda çıxış etmiş cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Kayrat"ın yetirməsi olan Rifat karyerası boyunca "Jetısu" və "Aktobe" klublarında da çıxış edib. 26 yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.