12/01/2021

"Sumqayıt" FK Höccət Haqverdini heyətinə qatıb


"Sumqayıt" FK Cabir Əmirli və Mehdi Şərifidən sonra heyətini növbəti futbolçu ilə gücləndirib. Belə ki, komandamız İran çempionatında çıxış edən "Peykan" klubunun mərkəz müdafiəçisi, həmyerlimiz Höccət Haqverdi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Höccət Haqverdi karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışıb.